SOCAR: “Zəngəzur dəhlizinin açılması ilə Gürcüstanla beynəlxalq trafik üçün
rəqabət apara bilərik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Zəngəzur dəhlizinin açılması ilk növbədə orta və uzunmüddətli sabitlik üçün
çox mühüm beynəlxalq amildir”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
prezidentinin müşaviri Elçin Ağakişiyev Bakıda keçirilən “IADS Drilling
Caspian” konfransında deyib.
O bildirib ki, bu, həm iqtisadi rifahı təmin edəcək, həm də Ermənistan üçün
bir çox imkanlar yaradacaq:
“İkincisi məsələ budur ki, dəhlizin açılması ilə biz Gürcüstanla birlikdə
regional miqyasda beynəlxalq trafik üçün rəqabət apara, bu sahədə ümumi
əməliyyatların həcmini artıra, münaqişələrə sülh və sabitlik ilə son verə
bilərik. Bu, iqtisadi artım və yeni iş yerləri baxımından da əhəmiyyətlidir”.