Soçidə həlak olan uşağın meyitinin daşınma xərclərini şəhər ödəyəcək

Baxış sayı: 2. 665 dəfə baxılıb.

Soçidə həlak olan uşağın meyitinin daşınma xərclərini şəhər ödəyəcək

Rusiyanın Soçi şəhərinin rəhbərliyi Tatarstandan gəlmiş və Soçidə yağış kanalizasiyasına düşərək həlak olmuş uşağın cəsədinin daşınma xərclərini öz üzərinə götürəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” yazıb.

Əldə olunan məlumata görə, oğlan Soçinin Lazarev rayonunda yağış kanalizasiyasına düşüb.

Nənəsi uşağı xilas etməyə çalışsa da, cəhdləri uğursuz alınır.

Meriyadan bildiriblər ki, artıq uşağın atası ilə əlaqə saxlayıblar və o, Tatarstandan avqustun 5-də gələcək. Həlak olmuş uşağın nənəsi hazırda xəstəxanadadır.

“Qohumların gəlməsi və yaşaması, həmçinin nəqliyyat xərclərini şəhər administrasiyası öz üzərinə götürür”, – deyə, mətbuat xidmətindən bildiriblər.

Faktla bağlı araşdırma aparılır, hadisənin baş vermə təfərrüatları aydınlaşdırılır.

www.ÇıxışYolu.Com