Rusiyanın Soçi şəhərində yerləşən xizək mərkəzlərinin birində çəkilən qar fotoları sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, belə ki, paylaşılan fotolarda qarın narıncı rəngdə olduğu nəzərə çarpıb.
Eyni təbiət hadisəsi yalnız Rusiyada deyil, Bolqarıstan, Ukrayna, Rumıniya və Moldova kimi ölkələrdə da yaşanıb. Yağan qara çöl tozlarının səbəb olduğu açıqlanıb.
Ekspertlər hava kütlələrinin Saxara qumu ilə qarışdığını və buna görə də qarın narıncı rəngə boyandığını bildirib.
Səhra tozunun qar və ya yağış olaraq yerə düşməsi ilə yaranan bu görüntülərə beş ildən bir rast gəlindiyi deyilib.