2796850d-e3bf-4724-ba41-25194038954b..jpg

Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? – FOTO

Baxış sayı: 889 dəfə baxılıb.

Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? – FOTO

Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə
yeni tikiləcək binalardan mənzillər və ya kompensasiya təklif olunur.

Baku.ws xəbər verir ki, vətəndaşlar istəkdən asılı olaraq daşınmaz əmlaklarına
görə sökülən evləri qarşılığında kompensasiya alırlar.

Bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq
doğurur. Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim
edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, son
illər Bakıda inşa olunan pilot layihələrdə vətəndaşlara əksər hallarda
kompensasiya ödənişləri həyata keçirilmir:

“Daha çox əvəzləşdirmə qaydasında razılıq əldə olunur. Yəni kimin ki həmin
ərazidə evi var, orada bina tikilirsə, həmin şəxsin mövcud əmlakına uyğun 20
faizlik rəqəm də nəzərə alınmaqla mənzillə təmin olunması həyata keçirilir.
Hesab edirəm ki, bu, doğru yanaşmadır.

Lakin istisna hallar olur və bəzi şəxslər razılaşmır, pulu götürməyə üstünlük
verirlər. Bu məsələdə tikinti şirkətlərinə hansısa rəqəm təqdim olunmur ki,
sakinlərə mütləq 1 500 manatdan yuxarı kompensasiya verilməsin. İnvestorla
mülkiyyətçi arasında razılaşdırılmalı olan rəqəmlər var. Əgər bir ərazidə
mənzil-tikinti kooperativi 1 kvadratmetr təmirsiz mənzili 2 500 manata satırsa,
onun vətəndaşa 1 500 manat/1 kv.m təklif etməsi absurddur. Bu, mülkiyyət
hüquqlarına müdaxilə və onun pozulmasıdır.

Digər tərəfdən, vətəndaşlar da ədalətli davranmalıdırlar. Bəzən vətəndaşlar
olur ki, evlərinin kvadratmetrinə görə 5 min manat istəyirlər. Rayonlara görə
bölgü məsələsinə gəldikdə isə deyə bilərəm ki, qiymətləndirmə fərdi qaydada
həyata keçirilməlidir. Əgər bir tikinti şirkəti hər hansı ərazidə evi tikirsə
və onun kvadratmetrini iki min manata bazara çıxarırsa, onun üzərinə təmir
xərci də əlavə edilib bazar qiyməti müəyyən olunmalıdır.

Bir məsələni deyim ki, kompensasiya məbləği Prezidentin fərmanı ilə
tənzimlənir. Bunun əmlakın alqı-satqısına heç bir təsiri olmur. Alan tərəflə
mülkiyyətçi arasında razılaşdırılan rəqəm nədirsə, onun 20 faizi həcmində
kompensasiya həyata keçirilməlidir. Tutaq ki, tərəflər arasında əmlakın dəyəri
100 min razılaşdırılıbsa, onun 20 faizi həcmində kompensasiya ödənişi həyata
keçirilməlidir”.

Source link