Soltan Şirinov: “Ömrümün son günlərini doğma Füzulimdə keçirəcəyəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu gün çox xoşbəxtəm. Ömrümün son günlərini doğma Füzulimdə keçirəcəyəm”.
Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi
köçkünSoltan Şirinov deyib.
O bildirib ki, Füzulidən çıxarkən 50 yaşı olub:
“50 yaşımda Füzulidən çıxmışam. Qayıdacağıma ümidim yox idi. Şükürlər olsun
ki, ömrümün son günlərini doğma yurdumda keçirmək mənə qismət oldu. Ali Baş
Komandanımıza, Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin,
qazilərə cansağlığı versin!”
Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınır.
Bununla da Füzuli şəhərində 308 ailə, yəni 1 106 nəfərin daimi məskunlaşması
təmin edilib.
Aytac Qasımova