Soma Novotnı: İlk dəfə idi Bakıdakı kimi istidə futbol oynayırdıq

Baxış sayı: 3. 650 dəfə baxılıb.

Soma Novotnı: İlk dəfə idi Bakıdakı kimi istidə futbol oynayırdıq

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”nin Macarıstanın “Uypeşt” komandasına 3:1 hesabı ilə qalib gəldiyini xəbər vermişdik.

ÇıxışYolu.Com xəbər verir ki, “Uypeşt”in çexəsilli hücumçusu Soma Novotnı bu görüş haqda danışarkən Bakıdakı istini xüsusilə qeyd edib:

“Cavab görüşü öncəsi “Neftçi”nin böyük üstünlüyü var. Amma özümüzə inanmalı və növbəti matçda qalib gəlməliyik. İlk qolu biz vursaq da, sonradan “Neftçi” matça dominantlıq etməyə başladı, üstünlüyü ələ aldı. Bizim üçün çox çətin oldu. Çünki səyahətimiz elə də asan keçməmişdi, bəzi çətinliklərlə üzləşmişdik. Fiziki durumumuz qaydasındadır. 

Sadəcə, 8 saatlıq yol qət etməyimiz öz təsirini göstərdi. Havada məşq keçə bilməzdik. Səfərdə baş verən problemlə bağlı əlavə nəsə demək istəmirəm. Çünki klubum bundan narahat ola bilər. İlk dəfə idi belə istidə futbol oynayırdıq. Üstəlik, qarşılaşmadan bir gün əvvəl məşq keçə bilməmişdik. Bu amillər işimizi daha da çətinləşdirirdi. Macarıstanla müqayisədə buranın havası çox istidir. Ancaq deməzdim ki, nəticəyə əsas səbəb məhz bu oldu. Sadəcə, “Neftçi” bizdən yaxşı idi”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 19-da Macarıstanda keçiriləcək.

S.M.
www.ÇıxışYolu.Com