Somalinin paytaxtı Moqadişoda “Əş-Şabab” radikal qruplaşmasının üzvləri hökumət binalarına hücum ediblər.
İnfo24.ru-nun verdiyi məlumata görə, hücum zamanı əmək və sosial məsələlər nazirinin müavini Sakar İbrahim Abdulla qətlə yetirilib.
Terrorçular şəhərdə iki avtomobilin partladılması və Əmək və Sosial Məsələlər Nazirliyinin binasına hücuma görə cavabdehliyi öz üzərlərinə götürüblər.
Terrorçular prezident sarayının qonşuluğundakı polis idarəsini ələ keçiriblər. Yerli polis hücum edənlərin beş silahlı olduğunu bildirib. Onlardan biri özünü partladıb.
Hücumlar nəticəsində 11 qadın öldürülüb, 15 yaralının olduğu bildirilir.