9e952a12-03b2-4d8d-9c68-498bbed9db47..jpg

Son 11 ayda piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrində 303 nəfər həlak olub

Baxış sayı: 384 dəfə baxılıb.

Son 11 ayda piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrində 303 nəfər
həlak olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cari ilin 11 ayı ərzində respublika ərazisində piyadavurma ilə nəticələnən
578 yol-nəqliyyat hadisəsi baş verib. Həmin hadisələr nəticəsində 303 nəfər
ölüb, 311 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş
Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və
İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovnik-leytenantıRövşən
Tağıyev məlumat verib.

O bildirib ki, piyadavurma faktları ümumi yol-nəqliyyat hadisələrinin 38,5
faizini təşkil edir.

“Paytaxt ərazisində cari ilin 11 ayı ərzində piyadavurma ilə nəticələnən
yol-nəqliyyat hadisələrinin sayı 237 olub. Nəticədə 116 ölüm, 137 xəsarət qeydə
alınıb. Piyadavurma faktları paytaxtda baş verən ümumi yol-nəqliyyat
hadisələrinin 59 faizini təşkil edir. Təəssüf ki, yol-nəqliyyat hadisələrini
törədən şəxslər arasında 10 ildən artıq sürücülük təcrübəsi olanlar üstünlük
təşkil edir”, – deyə R.Tağıyev qeyd edib.

Könül Cəfərli

Source link