61c3958b-98ab-43ee-bc83-5ff4be717f87..jpg

Son 24 saatda Ukraynaya iki yüzə yaxın mərmi atılıb

Baxış sayı: 962 dəfə baxılıb.

Son 24 saatda Ukraynaya iki yüzə yaxın mərmi atılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son sutka ərzində Ukraynanın cəbhədən kənar əraziləri kütləvi hücuma məruz
qalıb. Kiyev vilayəti də daxil olmaqla, Çerkassı, Sumı, Dnepropetrovsk,
Kirovoqrad, Zaporojye, Xerson, Xarkov, Donetsk vilayətləri Rusiya ordusu
tərəfindən əsasən dron zərbələrinə məruz qalıb.

Vilayətlərdə yerli qurumların “Report”un Şərqi Avropa bürosuna verdikləri
məlumata görə, son 24 saat ərzində aktiv döyüşlərin getdiyi yüzə yaxın yaşayış
məntəqəsindən əlavə, Ukrayna ərazisinə iki yüzə yaxın mərmi atılıb. Cəbhəyanı
şəhərlər istisna olmaqla, 5 nəfər həlak olub, 10-a yaxın insan yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi Yuri İqnat hücumla bağlı
durumu şərh edib: “Yanvarın 30-na keçən gecə Rusiya Donetsk vilayətini atəşə
tutub. Belə ki, bu vilayətin Mirnoqrad şəhərinə iki “S-300” raketi ilə zərbə
endirilib. Bundan başqa, hücum zamanı 35 “Shahed” pilotsuz uçuş aparatından
(PUA) istifadə edilib. Ukrayna ordusunun bölmələri bu PUA-ların 15-ni məhv
edib. 15 PUA Ukrayna ərazisinin dərinliyində yerləşən bölgələrdə
zərərsizləşdirilib. Yerdə qalan pilotsuz uçuş aparatları cəbhəyanı bölgələrə
zərbə endirib”.

O bildirib ki, söhbət təmas xəttindən və Rusiya ilə həmsərhəd olan ərazilərdən
gedir: “İlk dəfə deyil ki, “Shahed” vasitəsilə həm hərbi, həm də mülki
obyektlərə zərbələr endirilir. Anlayırıq ki, cəbhəyə yaxın ərazidə yerləşən
bölgələrə hücumlar həyata keçirilir və belə qısa məsafədə “Shahed”ləri vurmaq
çox çətindir. Buraya bir çox obyektiv amillər lazımi silahların olmaması,
məsafənin qısa olması və s. daxildir. İtki və dağıntılar barədə dəqiq məlumatım
yoxdur. Bir sözlə, Rusiyanın bu hücumunun da qarşısı alınıb. Üstəlik, bəzi
səbəblərə görə də Rusiya PUA-larının hamısı hədəfə çatmır”.

Source link