Son 30 ilin ən böyük mafiya məhkəməsi başa çatdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İtaliyanın cənubundakı Kalabriya bölgəsində yerləşən Vibo Valentia şəhərində
“Ndrangeta” mafiyasının üzvlərinə qarşı son üç onilliyin ən böyük məhkəməsi
bazar ertəsi başa çatıb.
“Rinascita” (Yenidən Doğulma) adı verilən iş 2019-cu ilin dekabrında polisin
334 şübhəli mütəşəkkil cinayətkarı həbs etməsindən sonra başlanıb. Onların
arasında sahibkarlar, keçmiş siyasətçilər və məmurlar, karabinyerlər və
kəşfiyyatçılar olublar.
Ümumilikdə, işdə sui-qəsd, çirkli pulların yuyulması, dələduzluq, narkotik
vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz silah və partlayıcı maddələrin
saxlanması, rəsmi sirri açıqlamaq və bu kimi maddələrlə barəsində 400-dən çox
ittiham irəli sürülən 338 nəfər iştirak edib.
Məhkəmə iki il 10 ay davam edib və gündə ən azı üç dinləmə keçirilib. İyun
ayında Kalabriya prokurorları məhkəmədən ümumilikdə 4744 il 10 ay müddətində
332 mühakimə hökmü verilməsini istəyiblər.
Nəhayət, bir aydan çox davam edən məsləhətləşmələrdən sonra üç hakim ittiham
hökmü elan edərək prokurorun vəsatətini qismən təmin edib.
Ümumilikdə, iş üzrə 200-dən çox müttəhim cəzalandırılıb. Onların arasında
mərhum Silvio Berluskoninin “İrəli İtaliya!” Partiyasından olan və 11 illik
həbs cəzası alan keçmiş senator Cankarlo Pitelli, eləcə də 10,5 illik həbs
edilən İtaliya Daxili İşlər Nazirliyinin anti-mafiya bölməsinin keçmiş baş
məmuru Mişel Marinaro da var.
Mənbə: eurointegration.com.ua