41b5758b-2214-4c8c-abbe-04149e630693..jpg

Son altı ayda qanunsuz dövriyyədən 225 milyon manatlıq narkotik vasitə çıxarılıb

Baxış sayı: 2. 396 dəfə baxılıb.

Son altı ayda qanunsuz dövriyyədən 225 milyon manatlıq narkotik vasitə
çıxarılıb

Bu ilin yanvar-iyul ayları ərzində hüquq mühafizə orqanlarının keçirdikləri
kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6 696 cinayət
faktı aşkarlanıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat
yayıb.

Aşkarlanan cinayətlərdən 2 335-i narkotik vasitələrin qanunsuz satışı, 4
112-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 219-u qanunsuz
olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu
kateqoriyadan olub. Faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə
olunmuş 5 ton 141 kq 918,699 qr narkotik vasitələrin və psixotrop maddələrin 1
ton 598 kq 616,379 qr-nı heroin, 2 ton 874 kq 140,356 qr-nı marixuana, 221 kq
863,961 qr-nı tiryək, 50 kq 986,102 qr-nı həşiş, 274 kq 649,411 qr-nı psixotrop
maddələr, 121 kq 662,49 qr digər narkotik vasitələr təşkil edib. Həmçinin
göstərilən dövr ərzində 40 068 ədəd həb metadon, 11 624 ədəd çətənə bitkisi,
eləcə də 3 kq 197,368 qr, 7 703 ədəd kapsul və 1 133 ədəd həb güclü təsir edən
maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd
Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 343,68
hektar sahədən çəkisi 211 ton 691 kq 610,98 qr olan 762 300 ədəd yabanı halda
bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop
maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 165 fakt
aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 186
kq 111,606 qr və 40 068 ədəd həb metadon narkotik vasitələr və 7631 ədəd
kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 168-i qrup halında törədilmiş və həmin
faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 215 kq 109,866 qr,190 ədəd metadon
narkotik vasitə, psixotrop maddə və 157,5 qr güclü təsir edən maddə müsadirə
edilib. 1837 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib
və onlardan 1 ton 098 kq 379,3 qr müxtəlif növ narkotik vasitə və psixotrop
maddə müsadirə edilib.

Bu ilin yanvar-iyul ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 5 ton 141
kq 918,699 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri
225 milyon 099 min 265 AZN kimi qiymətləndirilir.

Təhlil göstərir ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2023-cü
ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən
faktların ümumi sayı 145, satış məqsədi olmadan qanunsuz əldə edilib
saxlanılması ilə əlaqədar faktların sayı 271, qaçaqmalçılıqla bağlı
cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 291 nəfər,
qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 237 kq
126,909 qr artıb. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların
sayı 19, digər növ cinayət faktların sayı 37, narkotik xassəli bitkilərin
qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 70, qrup halında olan
cinayətlərin sayı isə 34 fakt azalıb.

Bu ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ
sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika
Narkoloji Mərkəzinə 51 856 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən
istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1 550
nəfərindən 846-nın istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri
tədbirlərin görülməsi təmin edilib.

Source link