Son aylarda artan qəfil ölümlərin səbəbləri – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son günlər ürək xəstəliklərindən ölənlərin sayında artım müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, qəfil baş verən ölüm hallarına səbəb kimi
əsasən ürək və qan-damar sistemində yaranan problemlər göstərilir.
Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə
ürəyin işemik xəstəlikləri birinci yerdədir. Bunun başlıca səbəblərindən biri
insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan
keçməməsi ilə əlaqələndirilir.
Milli Məclisin səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov ürək xəstəliklərinə
səbəb olan digər amilləri də açıqlayıb.
Ürək xəstəliklərində irsi, yaş faktorlarının da rolu az deyil.
Mütəxəssislər bildirirlər ki, sözügedən xəstəlikdən gənc nəsil arasında da
ölüm halları artır.
Hətta ürək xəstəlikləri uşaqlar arasında da müşahidə edilə bilər. Vaxtında
diqqət yetirmədikdə, həmin uşaqlar 15-20 yaşına çatdıqda, bəzən daha az yaşda
olanda, müəyyən bir qüsurun ciddi fəsad verməsi və ani səbəbdən qəfləti ölüm
baş verə bilər.
Ürək xəstəliklərindən qorunmaq üçün səhhəti daim nəzarətdə saxlamaq lazımdır.
İnsanlar siqaret, energetik və spirtli içkilərdən, narkotik vasitələrdən uzaq
durmaqla özlərini qoruya bilərlər.
Ətraflı süjetdə: