a6eefb4e-ae57-4f39-b829-1cd367ebb4b2..jpg

Son beş mövsümdə avrokuboklarda ölkəsinə ən çox xeyir verən klublar: “Qarabağ” ilk üçlüyə düşüb

Baxış sayı: 344 dəfə baxılıb.

Son beş mövsümdə avrokuboklarda ölkəsinə ən çox xeyir verən klublar: “Qarabağ”
ilk üçlüyə düşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” son beş mövsümdə avrokuboklarda faiz baxımından ölkəsinə ən çox
reytinq xalı qazandıran klubların sıralamasında üçüncü pillədədir.

“Report”un məlumatına görə, bu illər ərzində Azərbaycanın topladığı ümumi
xalların 73,1 faizi Ağdam təmsilçisinin hesabındadır.

Qurban Qurbanovun yetirmələri 13,250 əmsalla ölkə reytinqinə fayda veriblər.
Faiz baxımından “Qarabağ”ı yalnız iki komanda qabaqlayır. Bunlar Lixtenşteyn
klubu “Vaduts” və Moldova təmsilçisi “Şerif”dir. Hər iki komanda 10,000 əmsal
toplayıb. “Vaduts” ölkəsi adına 100, “Şerif” isə 76 faizlik göstəriciyə imza
atıb.

Azərbaycanın hesabında olan 18,125 əmsalın 3,250-si “Neftçi”nin payına düşür.
“Ağ-qaralar” bununla ölkə reytinqinə 17,93 faiz xeyir veriblər. Ancaq Bakı
klubu Avropanın ilk 100-lüyünə belə düşə bilməyib.

Geridə qalan beş mövsümdə ən yüksək əmsala malik klubların sıralamasında isə
“Qarabağ” 22-ci yerdə qərarlaşıb. 100 komandanın düşdüyü reytinqə UEFA
Çempionlar Liqasının son qalibi olan İngiltərə təmsilçisi “Mançester Siti”
başçılıq edir. “Şəhərlilər” bu müddət ərzində hesablarına ümumilikdə 19,518
əmsal yazdırıblar. Almaniya çempionu “Bavariya” (18,661) ikinci, Fransa
liqasının qalibi PSJ (17,000) isə üçüncüdür.

Source link