8311708a-c64e-46a9-ae73-60cd466fe78e..jpg

Son doqquz ayda Azərbaycanda aqrar sektor neçə faiz böyüyüb?

Baxış sayı: 576 dəfə baxılıb.

Son doqquz ayda Azərbaycanda aqrar sektor neçə faiz böyüyüb?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 9 milyard 996 milyon manat
dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 3 faiz çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,5 faiz
artaraq 5 milyard 457 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,5
faiz artaraq 4 milyard 539 milyon manat təşkil edib.

Oktyabrın 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 100 min
900 ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz çox dənli və dənli
paxlalı bitkilər, 981 900 ton (3,9 faiz az) kartof, 1 milyon 694 min 700 ton
(1,7 faiz çox) tərəvəz, 437 600 ton (6,2 faiz az) bostan məhsulları, 787 100
ton (2,8 faiz çox) meyvə və giləmeyvə, 182 400 ton (0,1 faiz çox) üzüm, 962 300
ton (17,6 faiz çox) yaşıl çay yarpağı, 26 600 ton (əvvəlki ilin müvafiq dövrü
ilə eyni səviyyədə) günəbaxan, 47 700 ton (17,4 faiz az) şəkər çuğunduru, 2 900
ton (1,1 faiz az) tütün və 14 300 ton (63,1 faiz az) pambıq yığılıb.

9 ay ərzində quş əti də daxil olmaqla diri çəkidə 424 500 ton ət, 1 milyon 682
min 900 ton süd, 1 milyon 662 min 700 ədəd yumurta, 15 100 ton yun, 357 ton
barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3,2 faiz, süd
istehsalı 1,7 faiz, yumurta istehsalı 11,9 faiz, barama istehsalı 4,6 faiz
artıb, yun istehsalı isə 3 faiz azalıb.

Source link