f405b95f-541b-4989-a76e-1a022de9571a..jpg

Son dörd ayda SEPAH-ın Suriyada öldürülən əməkdaşları: Onlardan beşi generaldır – ADLAR

Baxış sayı: 487 dəfə baxılıb.

Son dörd ayda SEPAH-ın Suriyada öldürülən əməkdaşları: Onlardan beşi
generaldır – ADLAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən ilin dekabrından bəri
Suriyada 16 əməkdaşını, o cümlədən beş generalını itirib.

Cixisyolu.com xatırladır ki, 2023-cü ilin dekabrın əvvəllərində İsrailin Suriyaya
aviazərbələri nəticəsində SEPAH-ın iki generalı – Məhəmməd Əli Atai Şorçe və
Pənah Tağızadə – həlak olmuşdu. Onlar Qüds Qüvvələrinin Suriyadakı məsləhət
missiyasında xidmət edirdilər.

2023-cü il dekabrın 25-də İsrailin Dəməşqə hücumları nəticəsində SEPAH-ın daha
bir əməkdaşı, İranın yüksək nüfuza malik komandirlərindən biri Seyid Razi
Musəvi öldürüldü.

2024-cü ilin yanvarın 20-də İsrailin keçirdiyi digər əməliyyatla SEPAH-ın daha
beş üzvü həlak olub.

Həmin vaxt Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif
Ümidzadə və daha dörd zabiti Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə
endirilən raket zərbələri nəticəsində öldürüldü.

Qeyd edək ki, İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna endirdiyi
aviazərbələr nəticəsində ikisi general olmaqla SEPAH-ın yeddi əməkdaşının
həyatına son qoyulub.

Ölən generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi olub.

Aqil Vəlili

Source link