Son dörd ildə Bakıda 200 küçəyə şəhid adı verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2020-2023-cü illər ərzində Bakıda 200 küçəyə şəhid adı verilib.
Cixisyolu.com-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə
fəaliyyəti haqqında hesabatında bildirilib.
Qeyd olunub ki, yerli icra hakimiyyətlərindən, eyni zamanda şəhid ailələrindən
daxil olan müraciətlər şəhidin ailə üzvləri ilə razılaşdırılıb. Bundan sonra
Bakı Şəhər İcra Hakimiyyəti başçısı paytaxtın inzibati ərazisində mövcud olan
200 küçəyə şəhidin adı verilməsi barədə sərəncamlar imzalayıb.
Hesabatda vurğulanıb ki, Bakı şəhərinin inzibati ərazisində mövcud olan
küçələrin inventarlaşdırılması və adsız küçələrə adların verilməsi
istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan məsələyə
xüsusi önəm veriləcək.