71c033b6-e923-4afc-936c-6493491f906c..jpg

Son görünüşü ilə heyran qoyan Kristina Aqilera arıqlamağının sirrini açıqladı – FOTO

Baxış sayı: 448 dəfə baxılıb.

Son görünüşü ilə heyran qoyan Kristina Aqilera arıqlamağının sirrini açıqladı
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uşaqları dünyaya gəldikdən sonra artıq çəki problemi yaşayan məşhur amerikalı
pop ulduzu Kristina Aqilera nəhayət bu mübarizədə qalib gəlib.

Belə ki, ifaçı 18 kiloqram arıqlayıb.

O, son görünüşü ilə hər kəsi heyran qoyub. Ulduz buna necə nail olduğunu
açıqlayıb.

Kristinanın sözlərinə görə, o, gündəlik rasionunu 1 600 kalori ilə
məhdudlaşdırıb. O, həmçinin hər gün meyvə və tərəvəz yeyir, şirniyyatı
azaltmağa çalışır. Təbii ki, onun arıqlamasında məşq vacib nüanslardan biridir
– Aqilera həftədə iki-beş dəfə yoqa, boks, güc məşqləri və kardio ilə məşğul
olur.

Qeyd edək ki, Kristina Aqilera və Metyu Ratler doqquz ildir nişanlıdırlar,
lakin hələ də münasibətlərini rəsmiləşdirməyiblər. Belə görünür, onlar bunu
ümumiyyətlə etməyi planlaşdırmırlar.

Hazırda bir yerdə yaşayan cütlük övladları səkkiz yaşlı Sammeri və Kristinanın
əvvəlki ərindən olan 15 yaşlı oğlu Maksı böyüdürlər.

Mənbə: People Talk

Source link