9437bba8-d7b7-44d1-aac3-940bdc7bdc04..jpg

Son günlər müşahidə olunan isti havalar kənd təsərrüfatına ziyan vura bilər – ARAŞDIRMA

Baxış sayı: 631 dəfə baxılıb.

Son günlər müşahidə olunan isti havalar kənd təsərrüfatına ziyan vura bilər –
ARAŞDIRMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən
yağmursuz və isti keçir.

“Report” havaların quraq və günəşli keçməsinin kənd təsərrüfatına mənfi
təsirlərini araşdırıb.

Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev bildirib ki, qış aylarında
havaların isti keçməsi məhsuldarlığa mənfi təsir edir:

“İsti hava meyvə ağaclarının tez tumurcuqlanmasına gətirib çıxarır. Amma qəfil
düşəcək şaxta cücərmiş bitkiləri məhv edə bilər. Məhv olan, çürüyən bitkilərin
isə yazda göyərməsi mümkün deyil”.

Ekspert qeyd edib ki, havaların belə keçməsinin taxılçılığa da ziyanı var.
Belə ki, isti hava zərərverici bakteriyaların və gəmiricilərin sayının
artmasına şərait yaradır ki, bu da öz növbəsində məhsuldarlığın aşağı düşməsinə
səbəb olan amillərdəndir.

Qeyd edək ki, isti hava şəraitinin sabah da müşahidə olunacağı bildirilir.
Fevralın 12-də havanın temperaturunun 23 dərəcəyədək yüksəlməsi
proqnozlaşdırılır.

Source link