3d7911cf-1fcb-45ec-bfc7-dc9b53abfa1d..jpg

Son illər dünyada populyarlaşan ekran əsərlərinin müəllifi ölüb – FOTO

Baxış sayı: 688 dəfə baxılıb.

Son illər dünyada populyarlaşan ekran əsərlərinin müəllifi ölüb – FOTO

Anime və manqa yaradıcısı Leiji Matsumoto 85 yaşında vəfat edib.

Onun kəskin ürək çatışmazlığından dünyasını dəyişdiyi deyilir.

Qeyd edək ki, Matsumoto elmi fantastika janrında çalışıb və kosmik operaları
populyarlaşdırıb. Ən məşhur əsərlərinə “Yamato Kosmik Döyüş gəmisi” (“Space
Battleship Yamato”), “Qalaktika ekspresi 999” (“Galaxy Express 999”), “Kosmik
pirat Harlok” (“Harlock: Space Pirate”) və s. daxildir.

Bundan əlavə, Matsumoto “Daft Punk” qrupu ilə əməkdaşlıq edib və birlikdə
“Interstella 5555” müziklini yaradıblar.

Matsumoto Yaponiya və Fransada bir çox mükafatlara layiq görülüb.

Mənbə: Haber Global

Source link