4b3383bb-16e6-432e-b985-0c3902cc3b7c..jpg

Son turda “Neftçi”nin iki futbolçusu yubileylə yadda qalıb

Baxış sayı: 774 dəfə baxılıb.

Son turda “Neftçi”nin iki futbolçusu yubileylə yadda qalıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son turda “Neftçi”nin iki futbolçusu yubileylə yadda qalıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, Filip Ozobiç Azərbaycan
çempionatında 150-ci oyununu keçirib, Rəhman Hacıyev isə 30-cu qolunu vurub.

Bu, Premyer Liqanın XII turunda “Qəbələ” ilə keçirilən matça təsadüf edib.
Ozobiçin hesabında ümumilikdə 51 qol var. 2016/2017 mövsümündə “Qəbələ”də debüt
edən yarımmüdafiəçi “qırmızı-qaralar”da 46 (16 qol), “Qarabağ”da 95 (35 qol),
“Neftçi”də isə 9 görüşdə meydana çıxıb.

“Qəbələ” ilə görüşdə ikinci qolun müəllifi olan Rəhman Hacıyev isə 30 qol
həddinə 260-cı matçında çatıb. O, “Neftçi”də 17, “Şamaxı”da 8, “Sumqayıt”da 3,
“Bakı”da 2 qola sevinib. Yarımmüdafiəçi ilk dəfə 2011/2012 mövsümündə “Bakı”nın
heyətində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Neftçi” “Qəbələ”ni səfərdə 2:0 hesabı ilə məğlub edib.

Source link