c4b6090b-9f63-4a32-8af5-a5abc504f506..jpg

Son üç ildə Azərbaycanda evlərin maya dəyəri satış qiymətindən iki-üç dəfə aşağıdır

Baxış sayı: 487 dəfə baxılıb.

Son üç ildə Azərbaycanda evlərin maya dəyəri satış qiymətindən iki-üç dəfə
aşağıdır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il Azərbaycanda ümumi sahəsi 2 milyon 511 min 217,5 kvadratmetr olan 22
min 910 yaşayış evi tikilib.

Yeniavaz.com xəbər verir ki, ötən il ərzində yaşayış evlərinin tikintisinə 971
milyon 432,1 min manat vəsait sərf olunub.

Açıqlanan məlumatlar əsasında aparılan hesablama göstərir ki, 2023-cü ildə
ölkədə yaşayış evinin bir kvadratmetrinə orta hesabla 387 manat xərclənib.

Müqayisə üçün bildirək ki, 2022-ci ildə yaşayış evinin bir kavdratmetrinə orta
hesabla 357 manat, 2021-ci ildə isə 508 manat sərf olunub.

Onu da qeyd edək ki, satışa çıxarılan yeni tikililərdə mənzillərin qiyməti bu
göstəricidən dəfələrlə yüksəkdir.

Məsələn, Azərbaycanda ən ucuz mənzillər Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)
tərəfindən satışa çıxarılır. MİDA-nın inşa etdiyi Yasamal Yaşayış Kompleksində
75 kvadratmetrlik mənzil 70,6 min manatdan satışa çıxarılıb. Açıqlanan
rəqəmlərdən də göründüyü kimi MİDA mənzilin bir kvadratmetrini 940 manata
təqdim edir.

Source link