14dea7b1-a4b4-4078-870a-7258b7816815..jpg

Son üç ildə azad olunmuş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Baxış sayı: 441 dəfə baxılıb.

Son üç ildə azad olunmuş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Üç il ərzində, yəni bu ilin sonuna yaxın 12 milyard manata yaxın vəsaitin
azad olunmuş ərazilərin bərpasına xərclənməsi nəzərdə tutulur”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət
büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ilkin olaraq 7,4 milyard manat vəsait bu istiqamətə nəzərdə
tutulmuşdu:

“Sonradan isə əlavə gəlirlərin bu istiqamətə yönəldilməsi nəzərdə tutulmuşdu,
həm də hansısa dövlət qurumunda olan qənaət də bu istiqamətə yönəldilir.
Bunların sayəsində bu vəsait 7,4 milyard manatdan 12 milyarda qədər artıb. Ona
görə də dövlət büdcəsində hər hansı əlavə gəlir yaranarsa, büdcə qaydasında
ziddiyyət təşkil etmədiyi təqdirdə azad olunmuş ərazilərin bərpasına
yönəldiləcək”.

Source link