467a69ce-2d49-4e56-8837-6ba6d1772238..jpg

Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – AÇIQLAMA

Baxış sayı: 558 dəfə baxılıb.

Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanğın hadisələrindən heç kəs sığortalanmayıb. Lakin son dövrlərdə sexlərdə,
tibb müəssisələrində və bir sıra digər anbar tipli obyektlərdə qeydə alınan
yanğınların sayı artıb. Bu yanğınlar nə üçün baş verir? Axı yanğın
təhlükəsizlik qaydalarına riayət etməklə bunun qarşısını almaq mümkündür. Niyə
ölkədə obyektlərin yanğın təhlükəsizlik norma və standartlarına uyğun
təchizatında əskikliklər var? Yanğın zamanı həyəcan siqnalları, digər zəruri
qabaqlayıcı tədbirlər nə üçün işə düşmür?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Cixisyolu.com-a açıqlamasında qeyd edib
ki, obyektdə yanğın təhlükəsizliyinə dair olan tələblərə ciddi riayət edilməsi
vacibdir:

“Qanunla təsbit edilən norma və standartlar var. Obyektlər yanğın dolabları,
yanğın hidrantları, su çəni və zəruri yanğından mühafizə vasitələri ilə təchiz
edilməlidirlər. Bu təchizatın görüntü xətrinə quraşdırılması yox, təchizatın
daim işlək və saz vəziyyətdə olmasına nəzarət etmək önəmlidir. Hər bir obyektin
rəhbərliyi buna ciddi nəzarət etməlidir və buna görə məsuliyyət daşıyırlar.
Yanğın təhlükəsinə dair olan norma və qaydalar var. İşçilərə mütəmadi olaraq
yanğın təhlükəsinə dair olan bilik və bacarıqlarının artırılması üçün təlimlər
keçirilməlidir. İşçilərin sayı 15 nəfərdən artıq olduqda könüllü yanğınsöndürmə
dəstələri yaradılmalıdır. Bu dəstələrin qabaqlayıcı tədbirlər barədə bilikləri
olmalıdır. Ümumiyyətlə, müəssisələrdə yanğın keçidləri olmalıdır və keçid
yerlərinə stul, çarpayı və yaxud da hansısa bir əşya qoyulması qadağandır.
Keçidlər, dəhlizlər daim boş olmalıdır. Heç nə ilə tutulmamalıdır.

Eləcə də digər obyektlərdə də bu rejimlərə ciddi riayət edilməlidir. Hətta
orada elektrik təsərrüfatı, ümumiyyətlə yanğınların müxtəlif növləri olduğu
nəzərə alınaraq bütün zəruri qabaqlayıcı tədbirlər gözlənilməlidir. Elektrik
naqilləri nisbətən daha təhlükəlidir. Müəssisələrdə elektrin naqilləri keçən
hissələr, elektrik cihazlarının işlədiyi otaqlar nəzarətdə saxlanılmaldır.
Yanğının baş verməsi üçün yanar maddə, oksigen və istilik kifayətdir. Odur ki,
bu üç element eyni anda bir yerdə saxlanılırsa diqqətli olmaq vacibdir. Ümumi
miqdarı üç kiloqramdan artıq olmamaq şərti ilə tez alışan və yanar mayeləri –
benzin, spirt, aseton, benzol, və sairə kimi tez alışma riski yüksək olan
maddələr xüsusi metal yeşikdə saxlanılmalıdırlar. Digər təyinatlı binalar,
obyektlər də xüsusi yanğın təhlükəsizlik qaydalarına riayət edilməklə istifadə
edilməlidir. Bütün bu tələblərin özünün hər birinin əhəmiyyəti var. Bu
məqamlara diqqətsiz yanaşma olduğu halda yanğın təhlükəsi riski hər daim
olacaqdır. Ən xırda diqqətsizlik belə ağır fəsadlara səbəb ola bilər. Odur ki,
müəyyən qədər qaydaları pozmamağa diqqət edilməlidir. Ona görə bütün
müəssisələrdə mütləq yanğın təhlükəsizliyi standartına uyğun zəruri tədbirlər
görülməlidir. Yalnız norma və standartlara riayət edildiyi təqdirdə bu kimi
yanğın hadisələrinin baş verməsindən nisbətən də olsa qorunmaq mümkündür”.

Könül Cəfərli

Source link