540119cd-a66a-45dc-97b3-da19122a541b..jpg

Sorğu: Almanlar əksəriyyəti Şoltsdan narazıdır

Baxış sayı: 620 dəfə baxılıb.

Sorğu: Almanlar əksəriyyəti Şoltsdan narazıdır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya vətəndaşlarının 70%-dən çoxu ölkənin federal kansleri Olaf Şoltsun
işindən narazıdır.

INSA institutunun keçirdiyi sorğuya əsasən, kanslerin fəaliyyəti almanlar
tərəfindən “xüsusilə yarıtmaz” kimi qiymətləndirilir. Respondentlərin 72%-i
kanslerin işini bəyənmədiyini bildirib. Halbuki dekabrın əvvəlində onların sayı
3% az olub.

Şoltsdan razı qalanların sayı da 3% azalıb. Son sorğuya görə, Almaniyada
belələrinin sayı respondentlərin 20%-ni təşkil edib.

Eyni zamanda, ölkənin Nazirlər Kabinetinin ümumi işindən daha çox insan
narazıdır – 76%. Respondentlərin yalnız 17%-i hökumətin işini bəyənir ki, bu da
2021-ci ilin dekabrında yaradılan kabinet üçün ən aşağı göstəricidir.

Mənbə: mk.ru

Source link