74a4ea15-45c4-4ddf-901d-2a438e78ab79..jpg

Sosial evlərdən mənzil alacağı adı ilə dələduzluq etdi

Baxış sayı: 599 dəfə baxılıb.

Sosial evlərdən mənzil alacağı adı ilə dələduzluq etdi

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Qalib Quliyevin
(şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət
məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin
nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilib.

İttihama görə, Qalib Quliyev tamah niyyəti ilə etibardan sui-istifadə etmə və
aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sənəm
Əliyevaya (şərti) Bakı şəhəri, Yasamal rayonunda tikilən sosial təyinatlı
evlərdən qadının qızı, zərərçəkmiş Nailə Əliyevanın (şərti) adına
sənədləşdirilməklə dövlət tərəfindən güzəştli şərtlərlə mənzil verilməsində
kömək edəcəyini vəd edib. O, bu yolla 2022-ci il tarixdə Abşeron rayonu, Aşağı
Güzdək qəsəbəsində, zərərçəkmiş şəxsdən ümumilikdə 4 000 manat pul alaraq
dələduzluq cinayəti törədib.

Qalib Quliyev məhkəmədə ona elan olunmuş ittihamda özünü təqsirli bilib,
törətdiyi əməli etiraf edib. O söyləyib ki, hazırda dəymiş ziyan tam ödənilib.
İş üzrə icraata xitam verilməsini xahiş edib.

Source link