Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan 20 yaşlı oğlan
həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Youtube” platformasında cinayəti və cinayətkarlığı təbliğ edən videolar
paylaşan gənc həbs edilib.
Publika.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə
videoların bir qisminin Goranboy şəhər sakini, 20 yaşlı Uğur Qurbanov (ad soyad
şərtidir) tərəfindən yerləşdirilməsi müəyyənləşib. Polis əməkdaşları onun
yaşadığı ünvana gedərək şöbəyə dəvət ediblər. Bu zaman sərt formada etiraz edən
gənc xuliqanlıq hərəkətlərinə yol verib. Daha sonra saxlanılaraq şöbəyə
aparılan Uğur barəsində İXM-nin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polisin
və ya hərbçinin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə protokol
tərtib edilib.
İfadə verən gənc bildirib ki, videolarını paylaşdığı şəxs onun qohumudur:
“Maqa” ləqəbli qohumumun ad gününün keçirilməsi ilə bağlı sosial şəbəkədə
cinayətkar aləmə dair videolar paylaşdım. Hadisə vaxt əsəbi olmuşam, əməlimdən
peşmanam”.
Goranboy Rayon Məhkəməsinin çıxardığı qərarla U.Qurbanova 10 sutka həbs cəzası
verilib.