32f4181d-3e5d-40e5-bfcb-26f3e6780d2d..jpg

Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs TUTULDU – FOTO

Baxış sayı: 482 dəfə baxılıb.

Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs TUTULDU –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər
nəticəsində sosial şəbəkələrdə dələduzluq edən və qadınlardan hədə-qorxu ilə
pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.

Bildirilib ki, bir neçə rayon sakini polisə müraciət edərək “Instagram”da
tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə
barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər.
Müraciətlər dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-texniki tədbirlər
nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 19
yaşlı Yaşar Məmmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki
fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada
paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü
onlara “Roman” adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun haker
fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların
silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5
min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı
Y.Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji
cinayətlər törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam
etdirilir.

Y.Məmmədovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in
“102” Xidməti-Zəng Mərkəzinə, İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də ərazi
polis orqanına müraciət edə bilərlər.

Source link