Sosial şəbəkələrdə şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər müəyyən
olundular – RƏSMİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz
barədə saxta xəbərlər yayılıb.
DİN-in Mətbuat Xidmətindən Cixisyolu.com-a bildirilib ki, polis əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunublar.
Onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür:
“Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn
saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə
məsuliyyətə yaradır”.