044a479f-78df-4ea5-bb55-3490ce6679b0..jpg

Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi – VİDEO

Baxış sayı: 452 dəfə baxılıb.

Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətəndaşları şantaj edərək pul tələb edən şəxsin sosial şəbəkələrdə səs yazısı
yayılıb.

Müxtəlif səs yazılarında “Emin Qoca” ləqəbli Emin Hüseynli polis idarələrinin
adından istifadə edərək insanlara hədə-qorxu gəlib. O, telefonla danışdığı
şəxsləri narkotik vasitələrin satışında ittiham etməyə çalışaraq onları şantaj
edib.

E.Hüseynli həmçinin külli miqdarda narkotik vasitələri öz avtomobilində
daşıması barədə fikirlər səsləndirərək danışdığı şəxslərə təsir edib. Səs
yazısı yayılan şəxs hansı ərazilərə nə qədər narkotik verdiyini, bunun
qarşılığında nə qədər pul aldığını da qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus
İbrahimov bildirib ki, həmin şəxs saxlanılıb:

“Füzuli rayon sakini olan 1995-ci il təvəllüdlü Emin Muğan oğlu Hüseynli
narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli
bilindiyi üçün paytaxt ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkarlanıb.
Yasamal Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir”.

Ətraflı Baku TV-nin süjetində:


Source link