e146ff1e-2804-4ef9-8f6f-13893ad65ee6..jpg

Sosial şəbəkələrdə vətəndaşları ucuz mobil telefon adı altında talayan şəxs saxlanılıb – VİDEO

Baxış sayı: 485 dəfə baxılıb.

Sosial şəbəkələrdə vətəndaşları ucuz mobil telefon adı altında talayan şəxs
saxlanılıb – VİDEO

“TikTok” və “Instagram” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin
kiberüsullarla talanması barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları
tərəfindən növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı “n.n_telekom”
adlı səhifə yaradaraq “ucuz qiymətə mobil telefonlar” başlığı altında sosial
şəbəkələrdə yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşları aldadan
2000-ci il təvəllüdlü Telman Heydərov Sumqayıt Şəhər Polis İdarəsinin
əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn
köçürmə formasında ələ keçirib. Sonradan T.Heydərov izi itirmək məqsədilə “ucuz
qiymətə mobil telefon” almaq üçün ona pul köçürən şəxslərin hesablarını
bloklayıb. Həmin şəxs sonradan vəsaitləri şəxsi hesablarına köçürərək
nağdlaşdırıb.

Hazırda T.Heydərov barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən
zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət edə bilərlər.


Source link