Sosial yardım düzəltmək adı ilə onlarla şəxsin pullarını mənimsəyən şəxs ƏLƏ
KEÇDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış
tədbirləri zamanı onlarla şəxsin sosial yardım düzəltmək adı ilə pullarını
mənimsəyən Bakı şəhər sakini Romal Bəyəlizadə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə
etibarından sui-istifadə etmə və aldatma yolu ilə uzun müddət ərzində Bakı
şəhərində, eləcə də respublikanın bir neçə rayonunda sosial müavinət
düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların külli miqdarda pullarını
mənimsəyib.
Həmin şəxs ifadəsində dələduzluq əməllərini səmimi etiraf edib.
R.Bəyəlizadənin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102” Xidməti Zəng
Mərkəzinə və Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək
məlumat vermələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır.