2d2f05a8-1259-4f8b-9a2c-179c16078a34..jpg

Soyqırımı şahidi: “Ermənilər qohum-əqrəbalarımızın məzarlarını dağıdıblar” – FOTO

Baxış sayı: 488 dəfə baxılıb.

Soyqırımı şahidi: “Ermənilər qohum-əqrəbalarımızın məzarlarını dağıdıblar” –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ağdaban soyqırımı necə baş veribsə, tam yadımdadır”.

Bunu “Report”a Kəlbəcərin Ağdaban soyqırımının şahidlərindən biri Ziba
Kərimova deyib.

O qeyd edib ki, 32 ildən sonra kəndə ziyarət edərək o günləri yenidən
xatırladılar, həm sevinci, həm də kədəri birlikdə hiss etdilər:

“32 ildən sonra bu torpaqlara qayıtmaq, hadisələri gözümün qabağına gətirdi.
Şəhid olanları, yandırılanları xatırlayaraq kəndə girdim. Ermənilər bizim
qohum-əqrəbalarımızın məzarlarını da dağıdıblar. Onlardan bəzilərini tapa
bilsək də, digərlərini tapa bilmədik”.

Xatırladaq ki, 1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı
birləşmələri, Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun
Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779
nəfər dinc sakinə divan tutub, 32 nəfəri amansızcasına qətlə yetirərək
soyqırımı aktı törədiblər.

Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın
diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti
yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri
dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunub və məhv edilib.
Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm
siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın
və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Source link