62ab5534-d29b-4bfa-be3b-e43e5e5da49b..jpg

Soyqırımında hər iki valideynini itirənlər: “Dinc ekoloji aksiyada Xocalıya ədalət tələb edirik” – FOTO

Baxış sayı: 724 dəfə baxılıb.

Soyqırımında hər iki valideynini itirənlər: “Dinc ekoloji aksiyada Xocalıya
ədalət tələb edirik” – FOTO

“Biz burada ekoloji cinayətlərə son qoyulması ilə yanaşı, Xocalıya da ədalət
tələb edirik”.

Bu sözləri “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Xocalı
soyqırımı zamanı hər iki valideynini itirmiş Murad Hüseynov deyib.

O qeyd edib ki, Xocalı soyqırımı zamanı valideyinlərini itirib:

“Soyqırımı zamanı 25 uşaq hər iki valideynini itirib. Biz də bu dinc aksiyada
dostlarımıza dəstək nümayiş etdirmək üçün iştirak edirik, Xocalı soyqırımı
zamanı hər iki valideynlərini itirən 25 uşağı təmsil edirik. Aksiya dinc
şəkildə keçirilir. Məqsədimiz ölkəmizin ekologiyasına vurulan ziyanın qarşısını
almaqdır. Aksiya ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya
sülhməramlılarının avtomobillərinin keçidinə maneəsiz şərait yaradılır. Yol
gördüyü kimi, humanitar məqsədlər üçün açıqdır. Biz burada ekoloji cinayətlərə
son qoyulması ilə yanaşı, Xocalıya da ədalət tələb edirik. Ona görə “Xocalıya
ədalət” şüarını da səsləndiririk”.

Xocalı sakini, soyqırımı zamanı hər iki valideynini itirən Həmayil Xəlilova
isə qeyd edib ki, faciənin baş verdiyi zaman onun 6 yaşı olub:

“Həmin faciənin canlı şahidlərindən biri də mənəm. Atam gözlərimin önündə
güllələnərək şəhid olub. Faciə zamanı 6 yaşlı bacım və anam da şəhid olub.
Xocalı soyqırımı heç vaxt yaddaşımdan silinməyəcək və silinməsini də əsla
istəmərəm. Bu gün şükürlər olsun ki, Şuşadayıq. Burada keçirilən dinc aksiyada
“Xocalıya ədalət” şüarları səsləndirilir. Mən də bu dinc aksiyaya öz dəstəyimi
nümayiş etdirməyə gəlmişəm”.

Source link