Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu MDB ölkələrini Suriyada dinc həyatın bərpası məsələsində iştirak etməyə çağırıb.
ÇıxışYolu.Com bununla bağlı TASS agentliyinə istinadla xəbər verir.
“Bu gün ölkənin böyük hissəsi terrorçulardan təmizlənib, qalan terrorçularla təslim olmaları barədə danışıqlar gedir.
Suriyada siyasi həll üçün bütün şərait yaradılıb”,- o, MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclasında çıxış edərkən deyib.
Bununla əlaqədar Şoyqu MDB ölkələrini Suriyanın bərpası məsələsində iştirak etməyə çağırıb.
“Hamıya məlumdur ki, təhlükəsizliyi yalnız birgə səy vasitəsilə təmin edə bilərik.
Bununla əlaqədar əziz həmkarlarım, sizə Suriyada dinc həyatın bərpasında iştirak etməyi təklif edirəm”, – rus nazir bildirib.
O əlavə edib ki,hazırda Suriyada əsas plan siyasi həll, humanitar yardım və infrastrukturun bərpası ilə bağlıdır.