Rusiya müdafiə naziri Sergey Şoyqu deyib ki, Suriya və İraqdan çıxarılmasından sonra İŞİD terrorçuları Mərkəzi və Cənub-şərqi Asiyaya köçürülüb.
ÇıxışYolu.Com bununla bağlı “RİA Novosti” agentliyinə istinadla xəbər verir.
“Suriya və İraqdan çıxarılan İŞİD terrorçuları Mərkəzi və Cənub-şərqi Asiyaya yerləşdirilir. Orada yeni terror hücrələri yaradılır”, – Şoyqu bu sözləri ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrinin müdafiə nazirlərinin görüşündə deyib.
O qeyd edib ki, terrorçular tez-tez müasir silahlardan, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edir.
“Terrorçuların Suriyada istifadə etdiyi PUA-lar 100 kilometr məsafədən idarə edilə bilir. İnkişaf etmiş ölkələrin texniki yardımı olmadan onların yaradılması mümkün deyil. İnsanların sıx məskunlaşmış ərazilərində bu cür silahlardan istifadə fəlakətə səbəb ola bilər”, – Şoyqu bildirib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com