8ff96541-b4e2-4712-a917-1b7ca20efc09..jpg

Söyüdlü sakinlərinin müraciətlərinin çatdırılması üçün icma yaradılması təklif olundu

Baxış sayı: 391 dəfə baxılıb.

Söyüdlü sakinlərinin müraciətlərinin çatdırılması üçün icma yaradılması təklif
olundu

Gədəbəyin Söyüdlü sakinlərinin müraciət və təkliflərinin çatdırılması üçün
icmanın yaradılması təklif olunub.

“Report” xəbər verir ki, bu təklifi “Səma və Eko” Sosial-İqtisadi İnkişafa
Yardım İctimai Birliyinin sədri İradə Hüseynova kəndin tullantıxana sahəsində
monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə
yaradılmış Komissiyanın sədri Muxtar Babayevin və üzvlərin Söyüdlü sakinləri
ilə görüşündə səsləndirilib.

Təklifə əsasən Söyüdlü sakinlərindən ibarət icma kənd camaatının təkliflərini
və müraciətlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin onlar üçün təyin
etdiyi əlaqələndirici şəxs Surxay Nəzərova və yerli icra hakimiyyətinin
nümayəndələrinə göndərməklə “Anglo Asian Mining” şirkəti ilə əlaqə yarada
bilərlər. Təklif şirkətin baş direktoru Reza Vəziri tərəfindən də müsbət
qarşılanıb və bu icmanın yaradılmasının vacibliyi qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo
Asian Mining Plc.” şirkəti iyulun 31-dən Gədəbəydə filiz hasilatı və emalı
obyektlərinin fəaliyyəti onların tam ekoloji inspeksiyasının keçirilməsi üçün
dayandırılıb.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən
qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu
ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr
ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və
“Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.

Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının
21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə
Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil
edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

Source link