b4902670-7ebf-4a0a-a74e-37921458f5aa..jpg

Söyüdlüdəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb

Baxış sayı: 474 dəfə baxılıb.

Söyüdlüdəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu
aşkarlanıb

Gədəbəydəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu
aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində
vəziyyətin araşdırılması üçün yaradılmış komissiyanın sentyabrın 26-da
keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi
olmaması müəyyənləşdirilib.

İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod
ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu
qeydə alınıb. Qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən
dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına
bilər.

Source link