338dad4a-f2b6-49d3-9b6c-4ba603ca7df8..jpg

Söyüşə görə bazarda dava düşdü

Baxış sayı: 702 dəfə baxılıb.

Söyüşə görə bazarda dava düşdü

Ağdaş şəhərində yerləşən bazarlardan birinin qarşısında dava düşüb.

Cixisyolu.com-ın məlumatına görə, 1960-cı il təvəllüdlü Ərəb kənd sakini Sakit
Məhərrəmovla 33 yaşlı həmkəndlisi İsmayıl İbrahimov arasında şəxsi münasibətlər
zəminində mübahisə yaranıb. Daha sonra S.Məhərrəmov İ.İbrahimovun kürək
nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisə söyüşə görə baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş
inspektoru, polis kapitanıMahir Məsimov saytımıza bildirib ki, bıçaqlanan
şəxsin xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub:

“S.Məhhərrəmov isə saxlanılaraq izahatı alınıb. Faktla bağlı Ağdaş Rayon Polis
Şöbəsində araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

Source link