Sözləri və hərəkətləri təzad təşkil edən Ermənistan – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bütün Cənubi Qafqazın “ən döyüşə hazır” ordusunun məğlubiyyəti bu ölkənin
siyasətçilərini ayıltmalı və göydən yerə endirməli idi”.
Bu barədə “Caliber”in “YouTube” kanalının növbəti buraxılışında deyilir.
“Üç il əvvəl 44 günlük müharibənin ilk zərbələri ilə başlayan hadisələr
zənciri onlara bir növ referendumlar, öz müqəddəratını təyinetmə, qanunsuz
birləşmələrlə bağlı bütün bu saxta sənədlərin və qətnamələrin “bir qəpiklik
olduğunu” göstərməli idi.
Azərbaycanın 2020-ci il müharibəsində qələbəsi “miatsuma” nəzəriyyəçilərinin
onilliklər boyu verdiyi bütün bu mənasız fərman və qərarları cırıb atdı.
Müharibə başa çatdıqdan sonra Ermənistanda nəhayət ki, 1988-ci ildəki mitinqin
ilk dəqiqələrindən bəri bütün xəyallarının – yad torpaqları zəbt etmək,
başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq kimi arzularının nə
qədər ümidsiz olduğunu başa düşəcəklərinə zəif bir ümid var idi.
Lakin kapitulyasiyadan çox keçməmiş erməni siyasətçilərə bir dəmir yumruğun
kifayət etmədiyi məlum oldu. Yalnız Azərbaycan Silahlı Qüvvələri Qarabağda bir
sıra hərbi əməliyyatları, eləcə də antiterror tədbirləri həyata keçirdikdən
sonra Ermənistan rəhbərliyi bəyanatlar səviyyəsində yeni reallıqları qəbul
etməyə yaxınlaşıb”, – videoda deyilir.
Aşağıdakı materialda “Caliber” bu bəyanatların Ermənistanın real addımlarına
və hərəkətlərinə nə dərəcədə uyğun olduğunu təhlil edib.