“Spartak” növbəti dəfə “Neftçi” ilə yoldaşlıq oyunu təşkil etməyə çalışacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Rusiyanın “Spartak” klubu növbəti dəfə “Neftçi” ilə yoldaşlıq oyunu təşkil
etməyə çalışacaq”.
Bu barədə Moskva təmsilçisinin baş direktoru Oleq Malışev “Matç TV”yə
açıqlamasında bildirib.
“Gələcəkdə “Neftçi” ilə yoldaşlıq matçı təşkil etməyə çalışacağıq. Nə vaxt
olacağı bəlli deyil. Amma biz qarşı tərəflə əlaqə saxlayırıq”, – deyə klub
rəsmisi vurğulayıb.
Qeyd edək ki, “Spartak”ın martın 23-də Bakıda “Neftçi” ilə yoldaşlıq görüşü
Rusiyadakı terror aktına görə təxirə salınmışdı. Komandalar 2023-cü il iyulun
18-də Moskvada yoldaşlıq oyununda üz-üzə gəliblər. Qarşılaşma “Spartak”ın 2:0
hesablı qələbəsi ilə başa çatıb.