Rusiya çempionatının növbəti turunda Moskvanın “Spartak” klubu Sankt-Peterburqun “Zenit” komandası ilə qarşılaşıb.
“Life” xəbər verir ki, oyunun sonunda “Spartak”ın iki futbolçusu dava edib.
Belə ki, hücumçular Cano Ananidze və Lorenso Melqarexo mübahisə edib bir-birilərinə kəllə atıblar.
Mübahisənin səbəbləri hələ ki aydın deyil, lakin baş məşqçi Domeniko Tedesko məsələni araşdırmaq niyyətindədir.
Qeyd edək ki, oyun “Zenit”in 1:0 üstünlüyü ilə başa çatıb. Yeganə qolu öz qapısına “Spartak”ın müdafiəçisi İlya Kutepov vurub.