Spiker: Ermənilərin Azərbaycan düşmənliyinin 200 illik tarixi var

Spiker: Ermənilərin Azərbaycan düşmənliyinin 200 illik tarixi var

Baxış sayı: 2. 871 dəfə baxılıb.

Erməni işğalçılarının və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Milli Məclisdə (MM) keçirilən ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda parlamentin sədri Oqtay Əsədov deyib.

Spikerin dediyinə görə, XX əsrin əvvəllərində Azərbaycana 1 milyondan çox erməni köçürülüb.

O əlavə edib ki, tarixin müəyyən dövrlərində böyük dövlətlər geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan məharətlə istifadə ediblər. 

“Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edərək erməni millətçilərinin “böyük Ermənistan” xülyası Cənubi Qafqazda əhalisinin böyük fəlakətlərlə üzləşməsinə gətirib-çıxarıb.

Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinləri təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırım və terror aktları həyata keçiriblər. Onların vəhşi əməlləri nəticəsində iki milyon insan öldürülüb.

1918-ci ilin mart soyqırımı bu cinayət əməllərinin yüksək zirvəsi olub. Mart ayında cəmi üç gün ərzində Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirlib. Xalqımız qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam edib. Tarix boyu soyqırım aktlarına məruz qalmamızın əsas səbəblərindən biri düşmən qarşısında mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olub”.

O.Əsədov qeyd edib ki, Azərbaycan dövləti gündən-günə güclənir, inkişaf edir: 

“Bütün bunlar xalqımıza qarşı yeni soyqırım cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır. Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək. Xalqımıza qarşı düşmənçilik edənlərin layiqli cavabı veriləcək.

Prezident İlham Əliyev dəfələrlə deyib ki, Zəngəzur, İrəvan və digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermənistan Qərbi Azərbaycan torpaqları üzərində yaradılıb. Bu, tarixi faktdır. Əminəm ki, tarix hər kəsə layiq olduğu qiyməti verəcək. Gec-tez haqq-ədalət yerini tapacaq”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com