Spikerdən deputatlara: Deyəsən, boğazları quruyub

Spikerdən deputatlara: Deyəsən, boğazları quruyub

Baxış sayı: 3. 385 dəfə baxılıb.

“Peşə təhsili haqqında” qanun layihəsinin parlamentdə ikinci oxunuşunun müzakirəsi zamanı maraqlı anlar yaşanıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, qanun layihəsi barədə parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin məlumatı dinlənildikdən sonra sənəd əsas kimi səsə qoyulub.

Amma bu zaman yetərsay əldə olunmayıb.

Sənədə cəmi 94 depuatat səs verib.

Bunu görən spiker Oqtay Əsədov isə yarızarafat, yarıciddi belə deyib:

“Deyəsən, boğazları quruyub, çay içməyə gediblər… Deyin, təcili zala qayıtsınlar, səs versinlər… Belə olmaz axı?!”

Bundan sonra sənəd ikinci dəfə əsas kimi səsə qoyulub və qəbul edilib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com