Spitak zəlzələsi: “Cəsədlərin iki cüt valideyni peyda olurdu, çünki hər ölən
üçün 200 rubl ödənilirdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın “Ekspress qəzet”i 1988-ci ilin dekabrında Ermənistana dağıdıcı
zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Spitak şəhərinə gəlmiş
jurnalistlərin və xilasedicilərin xatirələrini dərc edib.
“Report”un məlumatına görə, məqalədə qeyd olunur ki, faciədən xəbər tutan
sovet ölkəsi yəqin ki, sonuncu dəfə birləşdi.
“Təyyarələr dünyanın hər yerindən İrəvan və Leninakan (indiki Gümrü) hava
limanlarına uçurdu – çadırlar, avadanlıqlar, generatorlar, yeməklər, geyimlər,
dərmanlar daşınırdı. Təsəvvür edə bilərsinizmi ki, xalqının belə çətin bir
vaxtında humanitar yardımı oğurlayanlar da olub? Leninakanda keçirilən
müşavirədə yoxa çıxan əmlakın rəqəmləri vaxtaşırı açıqlanırdı”, – deyən
jurnalist, hərbi publisist Vladislav Şurıqin xatırlayır ki, o, ermənilərdən
ibarət müəmmalı briqadaların təyyarələrə necə yaxınlaşdığını və naməlum
istiqamətə yükü apardığını şəxsən müşahidə edib.
“Yalnız göyərtəsində dəyərli olmayan bir şey olsaydı, boşaltma prosesi
hərbçilərə tapşırılırdı. Budur o dövrə aid qeydlərim:
“500 fransız çadırı, soba və yataq kisəsi”, “300 alman dizel generatoru”, “15
ton ət konservi”, “2000 dəst qış forması (paltarları)”, “10 ton NATO quru
qidası”, “3000 ədyal”. Eyni zamanda, İrəvanda olduğu kimi, Leninakanda da
zərərçəkənlərə isti paltarlar, uşaq paltarları və s. göndərən sadəlövh sovet
“samaratyan”larının çoxsayda bağlamaları var idi. Ən yaxşı halda onlar
əski-üskü kimi istifadə olunurdu. Həqiqətən ümumxalq həmrəyliyi fonunda belə
münasibət görmək təhqiredici və iyrənc idi”, – o bildirib.
Spitak və Leninakanda işləyən xilasedicilərin xatirələri Şurıqinin sözləri ilə
üst-üstə düşür:
“Dağıntılar üzərində işləyən çox az yerli sakin var idi: əsasən hərbçilər və
könüllülər idi. Dərhal cəfəng şayiələr yayılmağa başladı: deyirdilər ki,
rusiyalı hərbçilər geofiziki silahları sınaqdan keçiriblər – məqsədləri
ermənilərin diqqətini Qarabağdan yayındırmaqdır. Hələ insanların sağ tapılması
üçün ümidin olduğu bir zamanda fransalı xilasedicilərin o vaxtkı ən son model
avadanlıqlarını oğurladılar. Bəs naməlum meyitlərlə, hətta müayinəsiz tanımaq
mümkün olmayan meyitlərin iki cüt valideynləri meydana çıxırdı, çünki hər ölən
şəxs üçün 200 rubl ödənilirdi”.