“Qarabağ”ın UEFA Avropa Liqasında sentyabrın 20-də qonağı olacağı Portuqaliyanın “Sportinq” klubu Liqa Kubokuna qələbə ilə başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, Lissabon klubu “Qarabağ”la oynayacağı Juze Alvalade adına stadionda “Maritimu”nu qəbul edib.
Portuqaliya Liqa Kubokunun D qrupunun ilk matçında “Sportinq” qalib olub – 3:1. “Sportinq”dən qolları braziliyalı Rafinya və Brunu Fernandeş (2) vurub.
Qeyd edək ki, “Qarabağ”ın digər rəqiblərindən “Arsenal” İngiltərə Premyer Liqasında səfərdə “Nyukasl”ı 2:1 məğlub edib. “Vorskla” isə Ukrayna Premyer Liqasında Lvovda “Karpatı”ya 1:0 qalib gəlib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com