“Sportinq”in baş məşqçisi: Belə bir nəticə gözləmirdik

Baxış sayı: 3. 667 dəfə baxılıb.

“Sportinq”in baş məşqçisi: Belə bir nəticə gözləmirdik

UEFA Avropa Liqasının V turu çərçivəsində “Qarabağ” Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.

ÇıxışYolu.Com xəbər verir ki, görüşdən sonra “Sportinq”ın baş məşqçisi Marsel Keyzer oyun haqqında fikirlərini açıqlayıb:

“Oyuna çox yaxşı, öndə pressinqlə başladıq. “Qarabağ”ın oyununu çox bəyənirəm. Belə bir nəticə gözləmirdik.

Mən komandama 7-8 arası bal verərdim. Təbii ki, onların oyunundan razı qaldım. Ancaq daha yaxşı olacağıq. Bunun üçün zamana ehtiyacımız var. Əsas olan mövsüm boyu bu oyunu oynaya bilməkdir.

Ən əsas topu necə istifadə edəcəyimizi nəzərdə tuturam. İki həftəyə görə çıxışımız çox yaxşıdır. Boş zonalarda topla daha düzgün rəftar etməliyik. Pressinqlə oynamaq hər zaman faydalı olur.

İlk hissədə rəqib bizə kifayət qədər təhlükə yaratdı. Topun cinahını çox tez dəyişirdilər. Fasilədə bunu müzakirə etdik. Oyunçularıma çox diqqətli olmalarını bildirdim”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com