7abbf74e-76ea-486e-b554-d2c2b88e593a..jpg

SQ-nin şəxsi heyəti hərəkət dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir

Baxış sayı: 367 dəfə baxılıb.

SQ-nin şəxsi heyəti hərəkət dislokasiyası haqqında məlumatları yaymaya görə
cinayət məsuliyyəti müəyyənləşir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah,
sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında
məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir.

APA xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan
və parlamentin plenar iclasa tövsiyə edilən Cinayət Məcəlləsinə əlavə edilməsi
təklif edilən yeni 284-2 maddəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin,
hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası
haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə
ağır nəticələrə səbəb olduqda 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə
cəzalandırılacaqlar.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah,
sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında
məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu
məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin
əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılacaq.

Qeyd: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi
silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında
dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların
yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilmir.

Source link