Şri-Lankada güclü yağışlardan sonra başlayan daşqının nəticələri 118 mindən
çox insana ziyan vurub.
Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin İdarə
Edilməsi Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, zərəri ən çox adanın qərb və şimal əyalətlərinin sakinləri
çəkib. Bir həftə ərzində suyun səviyyəsinin xeyli qalxması nəticəsində iki
nəfər həlak olub, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 76 minə
yaxın insan təxliyə edilib, 230-dan çox yaşayış binası qismən və ya tamamilə
dağılıb, məktəblər bağlanıb.
Yerli çaylarda suyun səviyyəsi yüksək olaraq qalır və meteoroloqlar növbəti 24
saat ərzində əlverişsiz hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq
ediblər.