Şri-Lankanın hotel və kilsələrində törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 311 nəfərə çatıb.
Bu barədə “The Wasington Post” ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Bundan əvvəl itki sayının 290 nəfər olduğu bildirilirdi.
Xatırladaq ki, aprelin 21-də Şri-Lankada bir-birinin ardınca səkkiz partlayış baş verib. Əsas partlayışlar kilsə və hotellərdə, qalanları isə paytaxtkənarında törədilib. Yaralıların sayı 500 nəfərə yaxındır. Ölənlər və yaralılar arasında 35 ölkənin vətəndaşları yer alır.