Şri-Lankada partlayışları bir ailənin üzvləri törədib

Baxış sayı: 2. 540 dəfə baxılıb.

Şri-Lankada partlayışları bir ailənin üzvləri törədib

Şri-Lankanın paytaxtı Kolomboda törədilən və çoxlu sayda insan ölümü ilə nəticələnən terror aktlarını iki qardaş törədib.

Daily Mail xəbər verir ki, istintaqda iştirak edən polis zabitinin dediyinə görə, yaşları 20-dən çox olan iki qardaş ədviyyat ticarəti ilə məşğul olan şəxsin övladlarıdır.

Polislər onların evinə gələrkən qardaşlardan birinin həyat yoldaşı partlayış törədib. Nəticədə qadın və iki uşağı, həmçinin 3 polis həlak olub.

Qeyd edək ki, aprelin 21-də Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı son məlumatlara görə 321-ə çatıb. 520 nəfərin yaralandığı bildirilir.

Terror aktlarından sonra İŞİD məsuliyyəti öz üzərinə götürüb. Araşdırmalar davam edir.